Azərbaycan futboluAvropa Çempionatı

“Neftçi”nin futbolçusu De Byaziyə lazım olmadı

Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində bu gün Estoniyanı qəbul edəcək.

Publika.az xəbər verir ki, saat 20:00-da start götürəcək oyun üçün millinin iştirak ərizəsi açıqlanıb.

Yığmanın baş məşqçisi Canni De Byazi 24 oyunçudan 1-ni “23-lüy”ə daxil etməyib. “Neftçi”nin futbolçusu Azər Salahlı heyətdən kənarda qalıb.

Qapıçılar: 1. Emil Balayev, 12. Şahruddin Məhəmmədəliyev, 23. Yusif İmanov;
Müdafiəçilər: 3. Elvin Cəfərquliyev, 17. Toral Bayramov, 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 6. Höccət Haqverdi, 15. Bədavi Hüseynov;
Yarımmüdafiəçilər: 8. Emin Mahmudov, 18. Coşqun Diniyev, 13. Qismət Alıyev, 16. Elvin Camalov, 19. Filip Ozobiç, 22. Aleksey İsayev, 21. Emil Səfərov;
Hücumçular: 7. Namiq Ələsgərov, 9. Renat Dadaşov, 14. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı, 11. Ramil Şeydayev, 10. Mahir Emreli.