Təsirli paylaşım: Məni siz yaratdınız
Zlatan İbrahimoviç sosial şəbəkədə karyerasına yekun vuran təsirli status paylaşıb.
“Hər şey bir arzu ilə başladı. Qeyri-mümkün olanı mümkünə çevirən xəyaldan. Mən Malmödə anadan olmuşam, Amsterdamda böyümüşəm, Turində daha müdrik olmuşam, Barselonada şirə çevrildim. Milanda isə daha böyüdüm. Və Parisdə yeni perspektivlər tapdım. Mançesterdə əsəbimi idarə etməyi öyrəndim, Los-Ancelesdə əyləndim. Və nəhayət, Milanda yeni evimdə rahatlıq tapdım.
Məni siz yaratdınız. Geridə qoymağa ümid etdiyim miras, yaratdığım bütün yeni Zlatanlardır. Aslan ürəyi olanların hamısı. Gözlərində od olanların hamısı. Heç bir şeyin qeyri-mümkün olmadığını səmimi şəkildə anlayanların hamısı.
Hər şey üçün təşəkkürlər.
Mino Rayola, biz bunu etdik! Səyahət bitdi. Bu heyrətamiz idi. Sənin üçün darıxıram”, – İbrahimoviç sosial şəbəkədə yazıb.
İbrahimoviç iyunun əvvəlində karyerasını bitirdiyini elan edib. İsveçli futbolçu “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, PSJ, “Mançester Yunayted”, “Los Anceles Qalaksi” və “Milan”da çıxış edib.
Aut.az
