Avropa Çempionatı

Fransa millisindən qeyri-adi rekord: Rəqiblərin sayəsində…

Fransa millisi Avro-2024-ün qrup mərhələsinin 1-ci turunun matçında Avstriya ilə qarşılaşıb.

Aut.az xəbər verir ki, Didye Deşamın yetirmələri 38-ci dəqiqədə müdafiəçi Maksimilian Veberin avtoqolu sayəsində qələbə qazanıb.

Bu, rəqiblərin Avropa çempionatında fransızlarla matçda 4-cü avtoqoludur. Bu da rekord göstəricidir. 1996-cı ildə “üçrənglilər” ilə matçda bolqar Lyuboslav Penev, 2004-cü ildə xorvatiyalı İqor Tudor, Avro-2020-də isə alman Mats Hummels topu öz qapısından keçirib.

Aut.az