Avropa Çempionatı

Ronaldo bu göstəricidə lider oldu

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Avropa çempionatının qrup mərhələsinin yekunlarına görə qapıya zərbələrin sayında lider olub.

Aut.az xəbər verir ki, 39 yaşlı forvard 3 matçda çərçivəyə doğru 12 dəfə zərbə endirib. Bu atışlardan 5-i hədəfə çatıb. Ancaq heç biri qol olmayıb.

Romelu Lukaku (Belçika), Kilian Mbappe (Fransa), Kay Havertz (Almaniya), Aleksandar Mitroviç (Serbiya) və Kristian Eriksen (Danimarka) hərəyə 10 dəfə zərbə endirib.

Aut.az