Avropa Çempionatı

Millinin düşərgəsini təcili tərk etdi

Fransa millisinin yarımmüdafiəçisi Kinqsli Koman Avropa çempionatının keçirildiyi Almaniyanı müvəqqəti tərk edib.

Aut.az “RMC Sport”a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi həyat yoldaşının doğum edəcəyi İsveçə gedib. Koman dördüncü övladlarının doğuşunda iştirak edəcək. Komanın bundan sonra milliyə qayıtması gözlənilir.

“Bavariya”nın yarımmüdafiəçisi Avropa çempionatında yalnız bir oyunda – Niderland ilə matçda (0:0) meydana ikinci hissədə əvəzedici kimi çıxıb.

Qeyd edək ki, Avro-2024-ün 1/8 finalında Fransa iyulun 1-də Belçika ilə qarşılaşacaq.

Aut.az