Avropa Çempionatıİngiltərə

58 illik həsrət və heç kimin bacarmadığı “ilk”

İngiltərə yığması Avro-2024-ün finalında ispanlara 1:2 hesabı ilə uduzub.

Aut.az xəbər verir ki, bu Avropa Çempionatı finalda məğlub olduqları britaniyalılar üçün ardıcıl ikinci  turnir olub.

Ümumilikdə İngiltərə yığması 1966-cı ildən bəri böyük turnirdə (Dünya Kuboku, Avropa Çempionatı) qalib gələ bilmir. Həmin il “üçasnalar” dünya çempionu olmuşdular.

Eyni zamanda, İngiltərədən başqa heç bir komanda ardıcıl iki Avropa çempionatının finalında məğlub olmayıb. Yalnız Yuqoslaviya (1960, 1968) iki dəfə finalda oynasa da, heç vaxt kuboku qaldıra bilməyib.

Aut.az