Qvardiola- “Siti” danışıqları yekunlaşdı: Qərar bəllidir
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “şəhərlilər”lə müqaviləsini 2026-cı ilə qədər uzatmaq barədə razılığa gəlib.
Aut.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər arasında aparılan yeni danışıqlardan sonra bu əməliyyat 99% tamamlanıb. Qvardiolanın klubla müqaviləsinin uzadılması ilə bağlı rəsmi açıqlama tezliklə verilməlidir.
İspan mütəxəssis 2016-cı ildə İngiltərə klubunun baş məşqçisi vəzifəsinə təyin olunub. Qvardiolanın “Mançester Siti” ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 53 yaşlı mütəxəssisin rəhbərliyi altında “şəhərlilər” 6 dəfə İngiltərə çempionu olmaqla yanaşı, Çempionlar Liqasının da qalibi olub.
Aut.az
