Azərbaycan futboluAvropa Çempionatı

Renat Dadaşov: Onlar qələbəyə layiq idi

“Oyun möhtəşəm alındı. Parlaq qələbə və 3 xal qazandıq. Komandamız çox yaxşı çıxış etdi. Onlar bu qələbəyə layiq idilər”.

Aut.az xəbər verir ki, bu sözləri mialli komandamızın hücumçusu Renat Dadaşov İsveç üzərində qazanılan inamlı qələbəni (3:0) şərh edərkən deyib. O, Belçika ilə son tur matçını da şərh edib:

“Belçika oyun çətin olacaq. Komanda olaraq əlimizdən gələni edəcəyik ki, yaxşı oyun göstərək. Çalışacağıq ki, oradan da yaxşı nəticə ilə yadda qalaq”.