Boks

Tayson ona söz atdı: Bir gün əvvəl 15 bakal pivə içib…

WBC versiyasında ağır çəkili kəmər sahibi Tayson Fyuri (34-0-1, 24 KO) bildirib ki,  WBA, WBO və IBF çempionu Aleksandr Usıkı (21-0, 14 KO) məşq etmədən və 15 bakal pivə içdikdən sonra məğlub edə bilər.

“Düşünürəm ki, mən heç məşq etməsəydim, 25 kiloqram artıq çəki ilə gəlib bir gün əvvəl 15 bakal pivə içsəydim və ertəsi gün döyüşə getsəydim, o nə edərdi? Məni tullayıb döyərdi?

Onun haqqında heç nə demək istəmirəm, lakin o, Derek Çisora ​​ilə döyüşdə  heç nə edə bilmədi, 50-50-yə döyüşdü”, – Fyuri bildirib.

Fyuri ilə Usik arasındakı döyüş mayın 18-də keçiriləcək.

Aut.az