Çempionlar LiqasıDünya futbolu

ÇL-in oyunlarına görə od püskürdü: Bu axmaqlar…

Çilili tanınmış futbolçu Arturo Vidal maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, Çempionlar Liqasının 1-ci turunda keçirilən “Milan” – “Nyukasl” matçında (0:0) iştirak edən futbolçuları sərt tənqid edib.

“Çempionlar Liqası tarixinin ən pis matçını gördüm. “Porto” – “Şaxtyor” möhtəşəm dueli kimi deyildi. “Mançester Siti” həmişəki kimi darıxdırıcı idi. PSJ – “Borussiya” (Dortmund) oyununun ilk hissəsində olduğu kimi yuxuya getdim. İkinci yarıyaxşı keçdi.

“Milan”lı bu axmaqlar mənə əziyyət verdi. Onlar şanslıdırlar ki, hətta qaça bilirlər. Əks halda ümumiyyətlə orada olmazdılar. “Nyukasl”ı başa düşmürəm, komanda ötən mövsüm liqada dördüncü olub. Amma iyrənc oynadılar. Çempionlar Liqasındakı ilk matçlarıdırsa, həyatlarını riskə atmalıdırlar. Çıxın və daha çox şey göstərin. Məni dəhşət qəzəbləndirdilər”.

Qeyd edək ki, Vidal “Yuventus”, “Bayern”, “Barselona” və “İnter” kimi klublarda çıxış edib.