İspaniyaDünya futbolu

“Barselona”ya bəd xəbər

“Atletiko Paranaense”nin forvardı Vitor Roke zədələnib.

Aut.az xəbər verir ki. Braziliya A Seriyasının 24-cü turunun “İnternasional”la matçında xəsarət alan futbolçu matçı davam etdirə bilməyib.

Bildirilir ki, Rokenin sağ topuğunun iki bağı qopub. Braziliya millisinin üzvünün əməliyyata ehtiyacı olmayacaq. Lakin ilin sonuna qədər meydana qayıda bilməyəcəyi gözlənilir. Belə zədələrdən sağalma müddəti orta hesabla ən azı üç aydır.

Bununla belə, “Atletiko” Vitorun iki aydan sonra meydana qayıtmasını gözləyir. Artıq müalicəyə başlanıldığı bildirilir.

Qeyd edək ki, Roke 2024-cü ilin yayında 2024-cü ilin yayında “Barselona”ya transfer olunacaq. Klublar 40 milyon avro müqavilində razılığa gəliblər.