Qızını girov götürdü, “Şaxtyor” və “Barselona”nın işini çətinə saldı
UEFA Çempionlar Liqasının 4-cü turu çərçivəsində baş tutacaq “Şaxtyor” – “Barselona” matçının keçirilməsiylə bağlı çətinlik yaşanır.
Aut.az xəbər verir ki, buna səbəb qarşılaşmanın baş tutacağı Hambruqda hava limanının müvəqqəti bağlanmasıdır. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Bu, girov insidentinə görə baş verib. Bildirilib ki, naməlum şəxs avtomobili uçuş-enmə zolağına çıxarıb, təhlükəsizlik darvazasını sındırıb, havaya bir neçə dəfə atəş açıb və bir neçə molotov kokteyli atıb. Girov onun 4 yaşlı qızıdır. Polis həmin şəxs ilə əlaqə saxlayır.
Hüquq-mühafizə orqanları xəbərdarlıq edib ki, hava limanı yalnız vəziyyət aradan qaldırıldıqdan sonra normal fəaliyyətə qayıdacaq.
“Şaxtyor” və “Barselona”nın səfər planı dəyişəcəyi gözlənilir. Oyunun məkanının dəyişəcəyi isə real varian deyil. Qarşılaşma noyabrın 7-i, saat 20.45-ə təyin edilib.
