Çempionlar Liqası

Simeonenin “Atletiko”suna gözün üstə qaşın var deyən tapılmır

UEFA Çempionlar Liqasının ilk 1/4 final matçında “Atletiko” Dortmund “Borussiya”sını qəbul edib. Görüş “matrasçılar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Aut.az xəbər verir ki, Madrid klubu qitənin bir nömrəli klub turnirinin pley-off mərhələsində Dieqo Simeonenin rəhbərliyi altında evdə bir dəfə də olsun məğlubiyyətlə üzləşməyib.

“Squawka”nın məlumatına görə, “Atletiko” “Visente Kalderon” “Metropolitano” arenalarında 17 belə matç keçirib. Bunlardan 11-də qələbə qazanıb və 6-da isə heç-heçə edib. Top fərqi isə 20:5-dir. “Hindular” 17 oyunun 12-də qapısını toxunulmaz saxlayıb.

Aut.az