Dünya futboluİspaniya

Luis Enrike “Real”ın futbolçusunu istəyir

Fransa təmsilçisi PSJ-nin baş məşqçisi Luis Enrike “Real”ın yarımmüdafiəçisi Eduardu Kamavinqanın transferində maraqlıdır.

Aut.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin sözlərinı görə, ispan mütəxəssis fransalı futbolçunun PSJ-nin yarımmüdafiə xəttini gücləndirəcəyini və komandanın daha stabil çıxış etməsinə kömək edəcəyini düşünür.

Madrid klubu isə Kamavinqanın zədələrinin çoxluğundan narahatdır. Ötən mövsüm futbolçu dörd zədə alıb və ümumilikdə 159 gün bərpa prosesi keçib.

Qeyd edək ki, Kamavinqa 2021-ci ildən “Real”ın formasını geyinir. Onun klubla müqaviləsi 2029-cu ilin iyunun sonuna qədər qüvvədədir. Ötən mövsüm fransalı yarımmüdafiəçi bütün turnirlərdə 35 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Aut.az