Azərbaycanlı futbolçu oynamadan kubok qazandı
Azərbaycanlı futbolçu Zamiq Əliyevin Albaniya Superkuboku titulunu qazanıb.
Aut.az xəbər verir ki, onun çıxış etdiyi “Eqnatiya” sözügedən titul uğrunda görüşdə “Kukeşi” ilə qarşılaşıb. 2023/2024 mövsümündə Albaniya çempionu olub və ölkə kubokuna sahib çıxan “yaşıl-qaralar” Superkubokda da qələbə qazanıb. Zamiqin komandası kubokun finalında olduğu kimi bu dəfə də “Kukeşi”ni məğlub edib. Oyun 2:0 hesabı ilə yekunlaşıb.
Əliyevin adı iştirak ərizəsinə daxil edilsə də, o, Superkubokun finalında meydana çıxmaq şansı qazanmayıb.

