Dünya futbolu

Bekhem saçına əl gəzdirdi: Görün nə görkəmə düşdü – FOTO

Bu yaxınlarda 50 yaşı tamam olan futbol əfsanəsi və stil ikonası Devid Bekhem sosial mediada müzakirə mövzusuna çevrilib.

Aut.az xəbər verir ki, Bekhem bu dəfə dəbli görünüşünə görə deyil, saçına görə gündəm olub.

Bazar günü o, 2000-ci illərin ikonik dəbindən ilhamlanaraq saçını kəsdirməyə qərar verib və acınacaqlı duruma düşüb.

Bekhem evdə saçına əl gəzdirərkən saç maşınına nəzarəti itirib. Nəticədə Bekhemin başında nəzərəçarpacaq keçəl sahə yaranıb.

Vəziyyəti xilas etməyə çalışan Devid saçını tam qısaltmalı olub.

Fürsəti boşa verməyən Bekemin həYat yoldaşı Viktoriya bununla bağlı fotoları “İnstaqram”da yerləşdirib və yazıb:

“Dəhşətli görünür. Mən həmişə səninlə dürüst olacağam”.

Lakin sonradan o, tonunu dəyişərək əlavə edib: “Bilirsən… Hətta xoşuma gəlir!”

Bekhem saçına əl gəzdirdi: Görün nə görkəmə düşdü – FOTO

Aut.az