Azərbaycan futbolu

“Zirə”, Sabah” və “Araz-Naxçıvan”ın potensial rəqibləri məlum oldu

Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Aut.az xəbər verir ki, püşkatmada Azərbaycan təmsilçilərinin – “Araz-Naxçıvan”, “Zirə” və “Sabah”ın potensial rəqiblərinin adlarına aydınlıq gəlib.

“Petrokub” (Moldova) – “Sabah” cütünün qalibi “Levski” (Sofiya, Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

“Zirə” – “Hayduk” (Xorvatiya) cütünün qalibi “Atletik Klub Eskaldes” (Andorra) – “Dinamo Siti” (Albaniya) cütündə üstünlük qazanacaq komanda ilə qarşılaşacaq.

“Araz-Naxçıvan” (Azərbaycan) – “Aris” (Yunanıstan) cütünün qalibi isə “Omoniya” (Kipr) – “Torpedo” (Kutaisi, Gürcüstan) matçlarının qalibini sınağa çəkəcək.

“Zirə” və “Araz-Naxçıvan” ilk görüşlərini evdə, “Sabah” isə səfərdə keçirəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinn ilk oyunları avqustun 19-20-də, cavab görüşləri 26-27-də reallaşacaq.