Jurnalistdən “Ayaks”a irad: erməniyə görə
Niderlandlı jurnalist Mayk Vervey “Ayaks”ı kəskin tənqid edib.
Aut.az xəbər verir ki, Mayk “Ayaks”ın “Krasnodar”ın erməni yarımmüdafiəçisi Eduard Spertsyanı almağa haqqının olmadığını bildirib.
“Maraqlıdır, Niderland klubu kimi sizin “Krasnodar”la iş görməyiniz lazımdır? Bu, mənə qəribə gəlir.
Məsələn, İngiltərə Premyer Liqa klubları Rusiya ilə heç bir əlaqə qurmayacaqlarını bildiriblər. Eyni zamanda İtaliya klublarının da eyni mövqedən çıxış etdiyini görürük.
Mən düşünürəm ki, “Ayaks”ın da baxışı belə olmalıdır, Onların Spetsyanı almağa haqqı yoxdur”, “De Telegraaf” Verveydən sitat gətirib.
Qeyd edək ki, “Ayaks”ın “Krasnodarın” erməni futbolçusu ilə maraqlandığı bildirilir.
