Dünya futbolu

Ulduz futbolçu Ronaldonun fikri ilə razılaşmadı

“Əl-Əhli”nin vingeri Riyad Mahrez “Əl-Nəsr”in ulduz hücumçusu Kriştiano Ronaldonun Səudiyyə Pro Liqasının artıq TOP-5 çempionatına daxil olması barədə sözlərinə münasibət bildirib.

Aut.az xəbər verir ki, 33 yaşlı futbolçu “L’Equipe”ə açıqlamasında buna etiraz edib:

“Mən onunla razı deyiləm. Düşünürəm ki, hələ də beş böyük Avropa liqası bizdən öndədir, sonra isə biz gəlirik. Amma məqsədə artıq o qədər də uzaq deyilik. Yaxın gələcəkdə dünyanın ən yaxşı liqası ola biləcəyimizə inanıram.

Biz, buraya gələnlər, bu yolun əvvəlindəyik, bir növ öncülük edirik. Liqanı gücləndirməyə kömək edirik. Düzünü desəm, iki mövsümdə komandaların, məşqçilərin, taktika və təşkilatçılığın irəliləyişini hiss etmişəm. Onlar çalışırlar və bunun öhdəsindən gələcəklərinə inanıram. İstəyirlər və səylərini əsirgəmirlər”.

Qeyd edək ki, Mahrez 2023-cü ildən “Əl-Əhli”nin formasını geyinir. Onun klubla müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir.