Bu klubu KDÇ-yə buraxmadılar: Məhkəmədə FİFA-ya uduzdu
Meksikanın “Leon” klubu 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatında iştirakdan kənarlaşdırıldığı üçün FİFA-ya qarşı iddiasını uduzub.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Lozanna İdman Arbitraj Məhkəməsi (CAS) “Leon”, “Paçuka” və Kosta-Rikanın “Alajuelense” klubunun FİFA-nın meksikalıların turnirdə iştirakına qadağa qoyulması qərarından verdiyi apellyasiya şikayətini rədd edib.
Beləliklə, FİFA öz planını həyata keçirə biləcək: Meksika “Amerika”sı ilə ABŞ “Los Anceles”i arasında matç keçiriləcək. Bu matçın qalibi “Leon”un əvəzində Dünya Kubokunda “Çelsi”, “Flamenqo” və “Esperance”nin olduğu qrupda yer alacaq.
Bu həlledici oyunun tarixi daha sonra müəyyənləşəcək.
Mart ayında Beynəlxalq Futbol Federasiyası “Leon”u klubun sahibi ilə bağlı qanun pozuntusuna görə turnirdən kənarlaşdırmışdı.
“Leon”, digər iki klubla koalisiya yaradaraq, yerlərini saxlamaq ümidi ilə qərardan CAS-a müraciət etdi. Lakin bu ideya iflasa uğradı.
Xatırladaq ki, yenilənmiş klublararası dünya çempionatı bu yay iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.
Aut.az
