Messi qol vurdu, “İnter Mayami” ÇL-də…
KONKAKAF Çempionlar Liqasının 1/16 final mərhələsinin cavab oyunu keçirilib.
Aut.az xəbər verir ki, bir sıra ulduz futbolçuların çıxış etdiyi “İnter Mayami” “Sportinq Kanzas Siti”ni qəbul edib.
Səfərdə keçirilən ilk oyunda rəqibini üstələyən Florida klubu cavab matçında 3:1 hesablı qələbəyə sevinib. Xavyer Maskeranonun baş məşqçi olduğu komandanın qollarına Lionel Messi , Luis Suares və Tadeo Allende imza atıb.
“İnter Mayami”nin Çempionlar Kuboku adlanan turnirin 1/8 final mərhələsindəki rəqibi Yamaykanın “Kavalyer” klubu olacaq.
