Terim Səudiyyə Ərəbistanında venesuelalı hakimdən şikayətləndi
“Əl-Şəbab”ın baş məşqçisi Fatih Terim komandasının “Əl-Qadisiya” ilə oyunda məğlub olmasına (2:3) münasibət bildirib.
“Təəssüf ki, biz həmişə birinci fərqlənsək də, mənasız qollar buraxırıq. Qələbə münasibətilə “Əl Qadisiya”nı təbrik edirəm, amma ikinci qolda hakim səhvinin olduğunu düşünürəm. Orada səhvən qayda pozuntusu qeydə alındı. Hakimə bütün hörmətimə rəğmən, o, düzgün qərar vermədi.
Başa düşmürəm ki, Səudiyyə Ərəbistanında səriştəli hakimlər olduğu halda, venesuelalı hakimi niyə dəvət edilmişdi?”, – deyə Terim bildirib.
Aut.az
