Dünya futbolu

İndi xoşbəxtdir: “Çelsi”ni ərəblərə dəyişən futbolçu

“Əl-Hilal” və Seneqal millisinin müdafiəçisi Kalidu Kulibali 2023-cü ilin yayında “Çelsi”dən Səudiyyə Ərəbistanı klubuna keçidi haqda danışıb.

Aut.az xəbər verir ki, Klubialı yenidən futboldan zövq aldığını bildirib.

“Əl-Hilal”a qoşulmaqla meydanda və meydandan kənarda özümü yenidən xoşbəxt hiss etdim. “Çelsi”də hər şey gözlədiyim kimi olmadı. Mən oynamamağa öyrəşməmişəm. Təklif gələndə anladım ki, oraya getmək düzgün qərar ola bilər.

Mən şadam. Bura yeni oyunçular gəlir, çempionat da böyüyür. İnsanlar Səudiyyə liqasının səviyyəsini aşağı qiymətləndirirdi.  Çoxları elə bilirdi ki, biz bura dincəlməyə gəlmişik, amma bu heç də belə deyil. Ardıcıl 27 qələbə qazandıq və titul qazanana qədər dayanmayacağıq”, – AS Kulibalidən sitat gətirib.

Aut.az