Dünya futbolu

Gücümü onun əlinə verirəm – Emosional açıqlama

“Əl-İttihad”ın üzvü Neymar zədəsi haqda danışıb.

Aut.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Uruqvayla matçda (0:2) sol dizindən zədə alan futbolçu bunları bildirib:

“Bu, çox kədərli, ən pis məqamdır. Güclü olduğumu bilirəm, amma bu dəfə ailəmə və dostlarıma daha çox ehtiyacım olacaq. Zədə və əməliyyatdan keçmək asan deyil.

Təsəvvür edin ki, son zədədən sağaldıqdan 4 ay sonra bütün bunları yenidən yaşamalıyam. Amma mən gücümü Allahın əlinə verirəm ki, o, məni fiziki olarak yeniləsin. Buna çox inanıram. Dəstək sözlərinizə görə hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, ön çarpaz bağlarında yırtıq aşkar edilən Neymar əməliyyat olunacaq. Onun bərpa prosesi 9-12 ay çəkəcək.