ŞOK! Neymar üçün futbol bitdi
Braziliya millisinin və “Əl-Hilal”ın üzvü Neymar sıradan çıxıb.
Aut.az xəbər verir ki, DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələ oyununda sıradan çıxan “sambaçı”nın durumu olduqca kritikdir. Onun ön çarpaz bağlarında yırtıq aşkar edilib. Futbolçu ən qısa zamanda əməliyyat olunacaq.
Onun ən yaxşı halda 9 ay yaşıl meydanlardan kənar qalacağı bildirlir. Bu o deməkdir ki, Neymar üçün mövsüm bitib. Onun ABŞ-da keçiriləcək Amerika kubokunda iştirak etməyəcəyi dəqiqdir.
Bəzi mənbələr isə bu zədədən sonra 31 yaşlı “sambaçı”nın karyerasını başa vurmalı olduğunu bildirirlər. Çünki onun bərpa prosesi 1 ilə qədər uzana bilər.
Qeyd edək ki, Neymar bu ilin yayında 90 milyon avro qarşılığında PSJ-dən “Əl-Hilal”a transfer olunub. Səudiyyə Ərəbistanı təmsilçisi ilə 2 illik müqavilə bağlayan futbolçunun illik məvacibi 150 milyon dollardır. Bonuslarla bu rəqəm daha 50 milyon dollar arta bilər.
