Dünya futbolu

“Marsel”dən “Vasko da Qama”ya

“Marsel”dən ayrılan Dmitri Payetin yeni klubu müəyyənləşib.

Aut.az xəbər verir ki, 36 yaşlı futbolçu karyerasını Braziliyada davam etdirəcək. Fransalı vinger “Vasko da Qama”ya keçib. Bu barədə A Seriya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Fransa millisinin sabiq üzvü ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Dmitri payet “Marsel”ə 2017-ci ilin yayında “Vest Hem”dən keçmişdi. Təcrübəli vinger son mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.