Dünya futbolu

Messi bu jesti ilə kimi ələ salıb? – FOTO

“İnter Mayami”nin hücumçusu  Lionel Messi MLS-də “Orlando City” ilə oyunda qələbə qazandıqdan sonra rəqibdənkimisə ələ salıb.

Aut.az xəbər verir ki, “Mayami” erkən dəqiqələrdə iki qol buraxsa da, sonda 4-2 hesabı ilə qalib gəldi. Messi dubl etdi və matçın son qolunu  birbaşa cərimə zərbəsi ilə vurdu.

Matç zamanı argentinalı oyunçu rəqib məşqçi Oskar Pareja ilə mübahisə etdi. İkinci qolundan sonra Messi rəqibin ehtiyat oyunçular skamyasına tərəf dönüb və kimdənsə imza atmasını istəyən jest edib. Lionel bu jesti bir neçə dəfə təkrarlayıb. Böyük ehtimalla, jest Parejaya yönəlib.

Aut.az

Messi bu jesti ilə kimi ələ salıb? – FOTO