PSJ “Real”ın hücumçusunu hədəf aldı
“Real Madrid”in hücumçusu Endrik bu qış başqa komandaya icarəyə verilə bilər.
Aut.az “Sport.es”ə istinadən xəbər verir ki, futbolçu ilə maraqlanan klublardan biri də onu “Real”a keçməmişdən əvvəl də almaq istəyən PSJ-dir.
Mənbənin məlumatına görə, “kral klubu” 19 yaşlı forvardı Fransa nəhənginə buraxmaq istəmir.
Endrikin xidmətində “Yuventus”, “Real Sosyedad” və “Vest Hem”in də maraqlı olduğu vurğulanır.
Braziliyalı futbolçu bu mövsüm “Real Madrid”in heyətində oyun keçirməyib. Onun müqaviləsi 2030-cu ilin yayına qədərdir. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 35 milyon avrodur.
Aut.az
