Dünya futbolu

Ansu Fati ilə bağlı qərar açıqlandı

“Monako” Ansu Fati üçün 11 milyon avroluq alış seçimini aktivləşdirmək qərarına gəlib.

Aut.az xəbər verir ki, müqavilənin şərtləri yekunlaşdıqdan sonra “Barselona” gələcək satışların müəyyən faizini almaq hüququnu özündə saxlayacaq.

İnsayder Fabritsio Romanonun sosial media hesabında verdiyi məlumata görə, müqavilə son mərhələdədir.

Ansu Fati ötən yay bir illik müddətə “Monako”ya icarəyə verilib. Bu mövsüm o, 23 oyunda iştirak edib və 10 qol vurub. “Transfermarkt” onu 15 milyon avro dəyərində qiymətləndirir. Fransa çempionatının 32 oyunundan sonra “Monako” turnir cədvəlində altıncı yerdədir.

Aut.az