Ərəblər onu geri qaytardı
Herve Renard Səudiyyə Ərəbistanı milli komandasının baş məşqçisi təyin edilib.
Aut.az xəbər verir ki, fransalı mütəxəssis ikinci dəfə ərəblərə rəhbərlik edəcək. O, 2019-2023-cü illərdə milli komandaya rəhbərlik edib.
Səudiyyə Ərəbistanı millisinin baş məşqçi postu bu həftə müqaviləsinə xitam verilən italiyalı Roberto Mançininin gedişindən sonra boş qalıb.
56 yaşlı Renard 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında komandaya rəhbərlik edib. Qrupda sonuncu yeri tutan səudiyyəlilər pley-offa adlaya bilməsələr də, gələcək dünya çempionu Argentinanı (2:1) məğlub etməyi bacarıblar.
Renarın son iş yeri Fransanın qadınlardan ibarət milli komandası olub.
Aut.az
