Dünya futbolu

Dünyanın ən bahalı futbolçuları: Ardanın qiyməti dodaq uçuqlatdı

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) ən bahalı 100 futbolçunu açıqlayıb.

Aut.az xəbər verir ki, siyahıda yeganə türk futbolçu “Real”da  çıxış edən Arda Gülər ​​olub. “ Real”da ilk mövsümündə çempionluq qazanan və son həftələrdə vurduğu qollarla İspaniya mətbuatında gündəmə gələn gənc ulduz siyahıda 90-cı yerdə qərarlaşıb. Ardanın transfer qiyməti 67,9 milyon avro olub.

Siyahıda ilk “onluq”da bu futbolçular qərarlaşıb:

1.Cud Bellinqem (Real Madrid) – 280,4 milyon avro

2.Erlinq Haaland (Mançester Siti) – 255,3 milyon avro

3.Vinisius Junior (Real Madrid) – 240,8 milyon avro

4.Rodriqo (Real Madrid) – 220,7 milyon avro

5.Fil Foden (Mançester Siti) – 203,8 milyon avro

6.Bukayo Saka (Arsenal) – 195,2 milyon avro

7.Julian Alvares (Mançester Siti) – 168,4 milyon avro

8.Lamine Yamal (Barselona) – 140,8 milyon avro

9.Martin Odegaard (Arsenal) – 135,6 milyon avro

10.Florian Virtz (Bayer Leverkuzen) – 133,8 milyon avro.

Aut.az