Ən aşağı maaşı Nurəli alırmış
Sankt-Peterburqun “Zenit” klubunun müdafiəçisi Nurəli Alip daha az maaşla Avropanın top klubuna keçmək perspektivindən danışıb.
– Təsəvvür edin, “Mançester Yunayted”in baş məşqçisi sizə zəng edir və deyir ki, Nurik, sənə ehtiyacımız var, amma maaş “Zenit”dən 2 dəfə azdır. Gedəcəksən?
– Yəqin ki, “Zenit”də ən az maaş alan mənəm. Bundan da aşağı olmaz (gülür). Üstəlik, orada, İngiltərədə vergilər 50% -dir. Hara gedim?! – Alip “SBG Show” YouTube kanalına müsahibəsində deyib.
Aut.az
