DÇ-2026 üçün “baş izləyici” axtarılır – 50 min məvacib verilir
Amerikanın “Fox” televiziya kanalı, beynəlxalq məşğulluq platforması “Indeed” ilə birlikdə qeyri-adi bir vakansiya elan edib: “DÇ-2026-nın əsas izləyicisi”.
Aut.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
“Fox” qarşıdan gələn Dünya Kubokunun bütün 104 oyununu Nyu-York şəhərindəki Times meydanında xüsusi olaraq hazırlanmış bir yerdən “Fox One”da izləmək üçün izləyicilər axtarır.
Turnirin tam versiyasını izləmək üçün 50.000 dollar mükafat nəzərdə tutulub.
“Baş izləyici” matçların hər dəqiqəsini izləməkdən, çempionat boyunca məzmun yaratmaqdan və dərc etməkdən, eləcə də Times meydanında azarkeşləri coşdurmağa məsul olacaq”, – şirkətin açıqlamasında deyil.
Aut.az
