Bu döyüşün qalibi unikal qızıl kəmər qazanacaq
Böyük Britaniyanın sabiq ağır çəki üzrə dünya çempionları Entoni Coşua (29-4, 26 nokaut) və Tayson Fyuri (35-2-1, 24 nokaut) “Britaniya döyüşü” kəməri uğrunda üz-üzə gələcəklər.
Aut.az xəbər verir ki, bu barədə “Ring Magazine” məlumat yayıb.
Qeyd olunur ki, sözügedən kəmər tamamilə qızıldan hazırlanacaq.
Xatırladaq ki, britaniyalı boksçular Entoni Coşua və Tayson Fyuri artıq qarşılıqlı döyüşlə bağlı razılığa gəliblər. Boksçular 2026-cı ilin dördüncü rübünə planlaşdırılan qarşılaşma üçün müqavilə imzalayıblar.
Frank Uorrenin verdiyi məlumata görə, Coşua – Fyuri döyüşü bu ilin oktyabr ayında Londonun “Uembli” stadionunda keçiriləcək.
A GOLDEN BELT FOR A ROYAL BATTLE 👑
The custom “Fight of Britain” belt that will be presented to the winner of Tyson Fury vs Anthony Joshua later this year will be 100% GOLD 🔥 pic.twitter.com/2YpymbKZCs
— Ring Magazine (@ringmagazine) May 5, 2026
