“Yuventus”un kapitanla bağlı planı bəlli oldu
“Yuventus” komandanın kapitanı Manuel Lokatelli ilə yeni müqavilə imzalamaq niyyətindədir.
Aut.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.
Nəşrin məlumatına görə, klub 2030-cu ilin yayına qədər davam edə biləcək yeni bir müqavilə hazırlayır (oyunçunun hazırkı müqaviləsi 2028-ci ildə bitir).
Yeni müqavilə imzalanarsa, yarımmüdafiəçinin maaşı mövsümdə təxminən 4 milyon avro olacaq və o, karyerasını Turində davam etdirməkdə də maraqlıdır.
O, bu mövsüm 36 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
