İtaliya

Spalettinin yerinə onu gətirir?

“Napoli”nin prezidenti Aurelio De Laurentis yeni baş məşqçi axtarışlarnı davam etdirir.

Aut.az xəbər verir ki, Neapol klubunu çalışdırmağa əsas namizəd “Fiorentina”nın baş məşqçisi Vinçenzo İtalyanodur. 45 yaşlı İtalyano son iki mövsümdə Florensiya təmsilçisinə rəhbərlik edib. Buna qədər o, “Spetsiya” və “Trapani”də işləyib.

De Laurentis “Fiorentina”nın baş meneceri Co Barone ilə artıq bir dəfə görüşüb. Lakin danışıqların əsas hissəsi UEFA Konfrans Liqasının finalından sonra davam edəcək. Qeyd edək ki, “Fiorentina” iyunun 7-də keçiriləcək həlledici görüşdə “Vest Hem”lə üz-üzə gələcək.