Dünya futboluİtaliya

Hakimlər mafiyadır: məşhur məşqçidən qalmaqallı açıqlama

İtaliyalı məşqçi Fabio Kapello futbol hakimlərini və VAR sistemini tənqid edib.

Aut.az xəbər verir ki, onun sözlərini “Marca” nəşri yayıb.

“Hakimlər mafiyadır. Onlar futbolun hərəkətlərini, oyunçunun özünü saxlamaq, özünə kömək etmək üçün etdiyi hərəkətləri bilən keçmiş oyunçuları VAR-a cəlb etmək istəmirlər… Və onlar tez-tez səhv qərarlar verirlər, çünki oynamayıblar və bu hərəkətləri də bilmirlər.

Oyunçunun üzünə toxunurlar, o, yerə yıxılır və hakimlər fit çalırlar. Bəs niyə fit çalırsan?! Əgər mənim boyum 1.90, digərinin isə 1.75-dirsə, hərəkət edəndə əlim onun üzü ilə eyni səviyyədədirsə, niyə fit çalırsan? Bu, məni qıcıqlandırır”, – Kapello deyib.

Fabio Kapello klub səviyyəsində cəmi 16 illik məşqçilik karyerası ərzində komandalarına yeddi liqa titulu qazandırıb. İtaliyalı mütəxəssis karyerası ərzində “Milan”, “Yuventus”, “Real” və “Roma” komandalarını çalışdırıb.

Aut.az