İtaliya

Hazırda A Seriyasında ən yaxşı bu oğlandır – Totti kimi deyir?

“Roma”nın əfsanəvi futbolçusu Françesko Totti A Seriyasının hazırda ən yaxşı futbolçusunu açıqlayıb.

Aut.az xəbər verir ki,  Totti “qurdlar”ın lideri Paulo Dibalanı xüsusi qeyd edib.

“Dibala indi dünyanın ən güclülərindən biridir, onun istedadına baxın. Hal-hazırda bu “Roma”lı oğlan İtaliyanın ən yaxşısıdır, iki ay əvvəl olduğundan fərqli bir ritmə sahibdir və topa sahib olanda möcüzələr yaradır. Paulo indi əziyyət çəkmir, əvvəllər çox zədələnirdi, amma indi tamam başqa məsələdir”, – Totti deyib.

Dibala bu mövsüm 33 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az