İtaliya

“İnter” onunla bağlı qərar verdi

“İnter”in mərkəz müdafiəçisi Stefan De Vriy daha bir mövsüm Milan klubunda qalacaq.

Aut.az xəbər verir ki, bu barədə insayder Rudi Qaletti məlumat yayıb.

De Vriyin “İnter”lə müqaviləsi bu ilin yayına qədərdir. Lakin sözləşmədə müddətin daha bir il uzadılması variantı var. İtaliya çempionunun rəhbərliyi 33 yaşlı niderldanlının cari mövsümdəki çıxışından razı qalıb və bu bəndi aktivləşdirməyə hazırlaşır. Yekun qərar yayda veriləcək.

Qeyd edək ki, De Vriy 2018-ci ilin yayında “Latsio”dan pulsuz olaraq “İnter”ə keçib. Bu mövsüm bütün turnirlərdə 34 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az