TürkiyəDünya futbolu

Vanda Nara “OnlyFans” hesabı açdı

Məşhur model Vanda Nara “OnlyFans” hesab yaradıb.

Aut.az xəbər verir ki, məhkəmə ona hesabı olan digər sosial şəbəkələrdə paylaşım etməyi qadağan edən qərar verdiyindən bu addımı atmalı olub. Argentina məhkəməsi uşaqların qəyyumluğunun atalarına verilməsi ilə bağlı qərar çərçivəsində Naranı 30 gün müddətinə sosial mediadan uzaqlaşdırıb.

“Hesablarımın tamamilə bağlanıb-bağlanmayacağını bilmirəm. Vəkilim bununla məşğuldur. Bu, ədalətsizlik olardı, çünki onlar mənim əsas gəlir mənbəyimdir. Bu, ədalətli deyil”, – deyə Nara yazıb.

Qeyd edək ki, Vanda sabiq həyat yoldaşı,  “Qalatasaray”ın futbolçusu Mauro İkardi ilə məhkəmə çəkişməsi yaşayır. Onlar boşanmaqdan əlavə, uşaqlarının qəyyumluğu uğrunda mübarizə aparırlar.

Qeyd edək ki, İkardi Nara ilə ayrıldıqdan sonra model Çin Suareslə görüşməyə başlayıb.

Aut.az