Dünya futboluİspaniya

Mourinyo “Real”a gedir? – Hamı vəziyyəti bildir

Son günlər mətbuatda Joze Mourinyonun “Real Madrid”in baş məşqçisi təyin olunacağı ilə bağlı müzakirələr aparılır.

Aut.az xəbər verir ki, bu şayiələr fonunda 63 yaşlı mütəxəssis  məşqçisi gələcəyi ilə bağlı sualı cavablandırıb. ESPN “Benfika”nın baş məşqçisinin sözlərini sitat gətirib:

“Bu barədə daha çox danışmaq istəmirəm. Hamı vəziyyəti bilir. Mövsüm bitəndə tərəfdaşlığımızı davam etdirəcəyimizə və ya yollarımızı ayıracağımıza qərar vermək üçün 10 günümüz olacaq”.

Mourinyonun rəhbərliyi altında “Benfika” bu mövsüm Portuqaliya liqasında bir oyun belə uduzmayıb. Hazırda onlar turnir cədvəlində “Porto”dan yeddi xal geridə qalaraq ikinci yerdədirlər. Xatırladaq ki, Mourinyo artıq 2010-cu ildən 2013-cü ilə qədər “Real Madrid”də çalışıb.

Aut.az