Dünya futbolu

Ronaldo böyük oğlunu təbrik etdi: Ona anasının kimliyini nə vaxt açıqlayacaq?

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo böyük oğlunu ad günü münasibətilə təbrik edib.

Aut.az xəbər verir ki, o, Kriştiano Junior və ya KriŞtianinyo adlandırıldığı övladına sosial şəbəkə hesabında bu sözləri ünvanlayıb:

“Artıq 14 yaşın olduğuna inana bilmirəm, vaxt uçur. Təbrik edirəm, dostum! Atam səni çox sevir”.

2010-cu il iyulun 4-də Cənubi Afrikada keçirilən dünya çempionatından sonra Ronaldo ata olduğunu elan edərək dünyanı təəccübləndirib: “Böyük həyəcanla bir oğlan atası olduğumu elan edirəm. Adının açıqlanmasını istəməyən ananın sözlərinə görə, oğlum tək mənim himayəmdə olacaq”.

Kiçik Ronaldo ABŞ-ın San Dieqo şəhərində surroqat anadan doğulub və bir neçə həftə sonra nənəsi Dolores onu evlərinə gətirib. Həyatının ilk illərində uşağı məhz o, böyüdüb. Futbolçunun anası müsahibəsində “sonunda mən eyni anda ana və nənə oldum”, – deyə bildirib.

Uşağın bioloji anasının kimliyi anonim olaraq qalır. Ronaldo sənədli filmində söz verib ki, bir gün oğluna anasının kim olduğunu deyəcək, həm də bunu gizli saxlamasının səbəbini açıqlayacaq.

Aut.az