Avropa Çempionatı

Serb azarkeşlər niyə “Putin, Putin” qışqırıblar? – VİDEO

Serb jurnalisti və AFP-nin fotomüxbiri Aleksandr Atsa  azarkeşlərin Rusiya prezidenti Vladimir Putinə dəstək şüarları ilə bağlı fikirlərini bildirib.

“Mən bildiyimə görə, Putinə qarşı şüarlar səsləndirilən videonu Almaniyada yaşayan serblər yayıb. Orada Serbiyadan olan təxminən 700 min insanımız var. Onlar Putini bəyənir və onun adını tərənnüm edir, çünki onu işğal olunmuş Serbiyanın cənubundakı Kosovo vilayətini azad edəcək şəxs kimi görürlər. Bunu ona olan məhəbbətdən edirlər. Burada başqalarına nifrət yoxdur.

Bu insanlar Putinə bütün pravoslavların qoruyucusu kimi hörmət edirlər. İndi bu çox nadirdir, çünki bəzi digər Balkan pravoslav xalqları və millətləri kollektiv Qərbin marionetləri və xidmətçiləri olmağı xoşlayırlar”, – Atsa “Sport24”-ün müxbiri Vladislav Şapiro ilə söhbətində bildirib.

Aut.az