Avro-2024-ün favoritləri – Türkiyənin şansı var?
“Opta” statistika agentliyi futbol üzrə Avropa Çempionatında iştirak edəcək komandaların uğur qazanma şanslarını açıqlayıb.
Aut.az xəbər verir ki, turnirin əsas favoriti İngiltərə millisi hesab edilir. İngilislərin qələbəsi 19,9% ehtimalla qiymətləndirilir.
Favoritlər üçlüyünə həmçinin Fransa (19,1%) və Almaniya (12,4%) milliləri də daxildir.
“Opta”nın məlumatına görə, Gürcüstan millisinin Avro-2024-ün qalibi olmaq şansı ən az ehtimal olunandır – 0,1%.

