Avropa Çempionatı

O qədər pul alır, oynamağına bax – Fitə basıldı

Belçika millisi Avro-2024-ün qrup mərhələsinin son turunda  Ukraynanı məğlub edə bilməyib. Görüş 0:0 hesabı ilə başa çatıb. Amma Belçika pley-offa vəsiqə qazana bilib.

Aut.az xəbər verir ki, ESPN-in məlumatına görə, oyundan sonra belçikalı futbolçular öz azarkeşləri tərəfindən fitə basılıblar. Kevin De Bruyne matçın ən yaxşı oyunçusu mükafatını alan zaman da azarkeşlər narazılıqlarını ifadə etməyə davam ediblər.

Belçika millisinin oyunçuları azarkeşlərə dəstəklərinə görə təşəkkür etməyə çalışsalar da, cavab olaraq yalnız fit və narazılıq uğultusu eşidiblər.

Belçikalılar öz qrupunda 2-ci yeri tutub və Avro-nun 1/8 finalında Fransa ilə qarşılaşacaqlar.

Aut.az