Avropa Çempionatı

UEFA Ronaldo ilə bağlı insidentdən sonra hərəkətə keçdi

UEFA Avro-2024 2-ci turu çərçivəsində baş tutan Portuqaliya – Türkiyə matçında (3:0) bir neçə azarkeşin Kriştianu Ronaldo ilə selfi çəkmək üçün meydançaya qaçmasından sonra təhlükəsizlik tədbirlərini gücləndirməyi planlaşdırır.

Aut.az xəbər verir ki, bu barədə “Sky News”un jurnalisti Rob Harris məlumat yayıb.

“Turnir tələblərinə cavab vermək və oxşar hadisələrin qarşısını almaq üçün stadionlarda əlavə təhlükəsizlik tədbirləri tətbiq olunacaq. Təhlükəsizlik səbəbi ilə biz konkret tədbirləri şərh edə bilmərik. Xatırladırıq ki, meydançaya istənilən basqın stadionda davranış qaydalarının pozulması deməkdir. Stadiondan qovulmağa, hər hansı beynəlxalq matçlarda iştiraka qadağa qoyulmasına və əraziyə qanunsuz müdaxilə ilə bağlı daxili orqanlara məlumat verilməsinə səbəb olur” – deyə X sosial şəbəkəsində bildirib.

Aut.az