Belçika “Mbappenin baldır nahiyəsinə vuran kimdir?” mahnısına görə üzr istədi
Belçika Futbol Federasiyası (RBFA) komediya aktyoru Pablo Andreslə birlikdə hazırlanmış videoya görə üzr istəyib.
Aut.az xəbər verir ki, yumoristik üslubda hazırlanmış videoda “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Amadu Onana fransız hücumçu Kilian Mbappenin ayaqlarına təpik vurması haqqında mahnı oxuyur.
millisinin sosial şəbəkələrində komediyaçının “Mbappenin baldır nahiyəsinə vuran kimdir?” mahnısını səsləndirdiyi video yayılıb. Onana cavab verib: “Bu, Amadu Onanadır.”
“Dünən sosial şəbəkələrdə Amadou Onananın Mbappenin baldır nahiyəsinə necə vuracağından bəhs edən bir video yayımlandı. Federasiya artıq bir neçə ildir ki, Pablo Andreslə işləyir. Onun videoları həmişə yumoristik olub. Şəbəkələrimizdə dərc olunanlar da yumoristik idi. Bu video tam başa düşülmədi və biz onu silmək qərarına gəldik. Kimisə incitmişiksə, üzr istəyirik”, – Federasiyanın açıqlamasında deyilir.
Xatırladaq ki, iyulun 1-də Avro-2024-ün 1/8 final mərhələsi çərçivəsində Fransa Belçika ilə qarşılaşacaq.
Aut.az
