Ölkə prezidenti millinin uğuruna biganə qalmadı
İsveçrə prezidenti Viola Amerd milli komandanı Avro-2024-ün 1/4 finalına yüksəlməsi münasibətilə təbrik edib.
Aut.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Nə maraqlı matçdır! Nə inanılmaz nailiyyət! 1/4 finaldayıq! Almaniyada keçirilən Avro-2024-də İtaliya üzərində qazanılan fantastik qələbəyə görə İsveçrə Futbol Federasiyasını ürəkdən təbrik edirəm”, – deyə prezident yazıb.
Qeyd edək ki, İsveçrə millisi Avropa çempionatının 1/8 finalında İtaliyaya 2:0 hesabı ilə qalib gəlib.
Aut.az
