Avropa Çempionatıİspaniya

Ona niyə köpəkbalığı deyirlər?

İspaniya millisinin hücumçusu Ferran Torres azarkeşlərin ona köpəkbalığı ləqəbini verməsinin səbəbini açıqlayıb.

Aut.az xəbər verir ki, Torresin sözlərini “Relevo” sitat gətirib.

“Bir anda futbola həvəsimi itirdim, heç nə etmək istəmirdim. Amma indi daha yaxşı formadayam. Qan iyini hiss etdiyim  üçün mənə köpəkbalığı deyirlər”, – deyə Torres bildirib.

Xatırladaq ki, İspaniya millisinin hücumçusu Ferran Torres Avropa çempionatının qrup mərhələsinin 3-cü turunun Albaniya ilə oyununda (1:0) ən yaxşı oyunçu seçilib. 13-cü dəqiqədə Torres matçda yeganə qolu vurub. Həmin oyunda Torres millinin heyətində 20-ci qolunu vurub. O, İspaniya millisinin tarixində bu həddə çatan ən gənc futbolçudur.

Aut.az