Pike Laportanın işi haqda: Bəxtimiz gətirib ki…
“Barselona”nın sabiq müdafiəçisi Xerard Pike Joan Laportanın klub prezidenti kimi fəaliyyətindən danışıb.
Aut.az xəbər verir ki, “Jijantes FC” Pikenin sözlərini sitat gətirib.
“Bir çox insanlar Laportanı klub tarixinin ən yaxşı prezidenti hesab edir. Amma nəticə hər şey deyil.
Bəxtimiz gətirib ki, prezidenti seçə bilirik. ən ona müddətinin sonuna qədər vaxt verərdim (2026-cı ilə qədər – red.) . Seçimlərimizə cavabdeh olmalıyıq”, – Pike bildirib.
Laporta 2021-ci ilin martında “Barselona”nın prezidenti postuna başlayıb. Onun rəhbərliyi altında klub İspaniya çempionatını (2022/2023) və İspaniya Superkubokunu (2022/2023) qazanıb.
Aut.az
